DÜNYA


Çində itkin düşən balıqçıların axtarışı nəticə verməyib

Pekin, 14 noyabr, AZƏRTAC

Çinin Cıcian vilayətinin sahil sularında itkin düşən balıqçı qayığının və 10 nəfər balıqçının axtarışları nəticə verməyib.

AZƏRTAC yerli okean və balıqçılıq bürosuna istinadla xəbər verir ki, qayıq heyəti ilə sonuncu dəfə əlaqə noyabrın 11-də gecə saatlarında olub. Bundan sonra axtarış işlərinə başlanılıb. Axtarış işlərinə 8 gəmi və bir helikopter cəlb olunub. Bundan başqa, yaxınlıqdakı 21 balıqçı qayığı da axtarış işlərinə qoşulub.

Güman olunur ki, qayıq qəzaya uğrayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.