DÜNYA


Çində yaşayış binasının uçması 5 nəfərin ölümünə səbəb olub

Pekin, 20 iyun, AZƏRTAC

Çinin Hunan vilayətində yaşayış binasının uçması nəticəsində 5 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, hadisə iyunun 19-da Çencou şəhərinin Ruçen qəsəbəsində günorta saatlarında baş verib. Təxminən bir sutka davam edən axtarış işləri nəticəsində dağıntı altından 7 nəfər yaralı vəziyyətdə çıxarılıb, 5 nəfərin isə meyiti tapılıb.

Xilasedicilər bildiriblər ki, 27 sakinin yaşadığı binada qəza vaxtı cəmi 12 sakin olubmuş.

Hələlik binanın hansı səbəbdən uçduğu məlum deyil.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.