DÜNYA


Çinin “Çanye-4” aparatı Ayın görünməyən tərəfinə uğurlu eniş edib

Bakı, 3 yanvar, AZƏRTAC

Çinin “Çanye-4” aparatı yanvarın 3-də Aya uğurlu eniş edib. Bu, Yerin təbii peykinin görünməyən tərəfinə dünya tarixində ilk yumşaq eniş olub.

AZƏRTAC Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, aparat ətraf mühiti və qruntu tədqiq edəcək, həmçinin bir sıra aşağı tezlikli radioastronomik müşahidələr aparacaq. O, artıq tarixdə ilk dəfə yaxın məsafədən Ay səthinin bir neçə fotoşəklini çəkərək Yerə göndərib.

“Çanye-4” aparatı dekabrın 8-də Siçuan əyalətində yerləşən kosmodromdan fəzaya buraxılıb və dekabrın 12-də Ayın orbitinə çıxıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.