DÜNYA


Çinin Hunan əyalətində leysan yağışları 11 nəfərin həyatına son qoyub

Bakı, 11 iyul, AZƏRTAC

Çinin cənub-şərqində yerləşən Hunan əyalətində iyulun 6-dan başlayan leysan yağışları 11 nəfərin həyatına son qoyub, 6 nəfər isə itkin düşüb.

AZƏRTAC Sina portalına istinadla xəbər verir ki, ÇXR Daşqın və Quraqlıqla Mübarizə üzrə Dövlət Qərargahı tərəfindən yayılan məlumata görə, təbii fəlakət zonası 10 şəhəri, əyalətin 76 dairə və qəzasını, ümumilikdə 2,8 milyon insanı əhatə edir. Ölkəyə dəyən birbaşa iqtisadi zərər 5,3 milyard yuan (781 milyon dollara yaxın) həcmində qiymətləndirilir.

Hakimiyyət təbii fəlakət zonasından 257 min insanı təxliyə edib. Yüz mindən çox insanın isə təcili yardıma ehtiyacı var.

Davam edən leysan yağışları aqrar sektora da ciddi zərər vurub. 187 min hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb. Məcrasından çıxan çaylar yolları və 2 mindən artıq evi dağıdıb, 2 mindən çox binanı ciddi, 8 minə yaxın tikilini isə qismən zədələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.