DÜNYA


Çinin cənub-qərbində torpaq sürüşməsi nəticəsində 9 nəfər həlak olub

Bakı, 24 iyul, AZƏRTAC

Çinin cənub-qərbindəki Quyçjou əyalətində torpaq sürüşməsi baş verib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu hadisə nəticəsində 9 nəfər həlak olub.

İyulun 23-də yerli vaxtla saat 21.20-də Lyupanşuy şəhəri yaxınlığındakı kəndlərin birində torpaq sürüşməsi baş verib, 21 ev uçqunlar altında qalıb.

İyulun 24-də saat 11.30 üçün olan məlumata görə 9 nəfərin meyiti tapılıb, 11 nəfər xilas edilib. Hadisə yerində axtarış işləri davam edir.

İyulun 23-də saat 16.00 radələrində Xeçjan qəzasının Maoli kəndində də torpaq sürüşməsi baş verib, nəticədə bir nəfər həlak olub, 6 nəfər itkin düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.