DÜNYA


COVID-19: Fransada reanimasiya şöbələrində ağır xəstələrin sayı artır

Paris, 10 sentyabr, AZƏRTAC

Fransada son sutka ərzində koronavirusa yoluxanların sayı 8 577-yə çatıb. Xəstəxanalarda 386-sı son sutka ərzində olmaqla 5003 COVID-19 xəstəsi var. AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Baş Səhiyyə İdarəsi (DGS) məlumat yayıb.

Bildirilib ki, reanimasiya şöbələrində ağır xəstələrin sayı 599-a çatıb. Epidemiya başlayandan 344 101 yoluxma qeydə alınıb. COVID-19 epidemiyası başlayandan 20 min 319-u xəstəxanalarda və 10 min 475-i qocalar evlərində olmaqla, ümumilikdə 30 794 ölüm faktı qeydə alınıb.

Ölkə ərazisində 1 966 infeksiya ocağı aşkarlanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.