İDMAN


Canni De Byazi: Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik

Bakı, 26 sentyabr, AZƏRTAC

Qrupda keçirdiyimiz 6 matçın hamısında yaxşı oyun nümayiş etdirmədik. Birinci turda Qazaxıstana uduzduğumuz görüşdə məğlubiyyətə layiq deyildik. Pozitiv yoldayıq. Komanda inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu UEFA Millətlər Liqasının C Liqasının üçüncü qrupunda Qazaxıstan millisini qəbul edən futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik. Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq.

“Görüşdə bir epizod oldu və futbolçu sürüşdü. Azarkeşlər isə ona güldülər. Ancaq mən alqışladım, həmçinin fan-klub da alqışladı. Futbolçulara dəstək vermək vacibdir", - deyə baş məşqçi əlavə edib.

Azərbaycan yığmasının tarixində indiyədək ardıcıl 3 qələbə əldə etmədiyini xatırladan baş məşqçi vurğulayıb ki, futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Əlində böyük potensial olmadan uğur tələb edilir. Mən gələndən sonra Cəlal Hüseynov, Musa Qurbanlı və digər gənc oyunçulara şans verilib. Bu oyunçularla davam eləməliyik. Onlar klublarında da çox oynamalıdırlar ki, bizə kömək edə bilsinlər.

Qeyd edək ki, Azərbaycan–Qazaxıstan matçı millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Xallarının sayını 10-a çatdıran Azərbaycan millisi qrup ikinci pillədə başa vurub. On üç xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Qrupda yer alan Slovakiya 7 xalla üçüncü, Belarus isə 3 xalla sonuncu – dördüncü olub.

Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstan millisinə qalib gəlməyi bacarıb. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.