DÜNYA


Cari ildə “Gazprom”un Avropaya təbii qaz ixracı 200 milyard kubmetri ötəcək

Bakı, 4 dekabr, AZƏRTAC

Bu il “Gazprom”un Avropaya təbii qaz ixracı 200 milyard kubmetrdən çox olacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Gazprom”un idarə heyətinin sədrinin müavini Aleksandr Medvedev deyib. O bildirib ki, cari ildə şirkətin Avropaya qaz ixracı 2017-ci illə müqayisədə 2,9 faiz artacaq.

Qeyd edək ki, “Gazprom” ötən il Avropaya 194,4 milyard kubmetr qaz tədarük edib. Bu da əvvəlki ilə nisbətən 8,4 faiz çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.