CƏMİYYƏT


“Caspian Plaza” biznes mərkəzində yanğın baş verib

Bakı, 31 iyul, AZƏRTAC 

İyulun 31-də Bakının Yasamal rayonunda, Zivərbəy Əhmədbəyov küçəsi 44 ünvanında yerləşən “Caspian Plaza” biznes mərkəzində yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yanğın binanın səkkizinci mərtəbəsindəki elektrik şitində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Yanğının qarşısı alınıb. Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.