REGİONLAR
Cəbrayılda 21 kiloqramdan artıq narkotik vasitələr, həblər və tapança aşkar olunub VİDEO
Cəbrayıl, 29 mart, AZƏRTAC
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Karxulu kəndində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tural Əliyev, İlham Baxşalıyev, Elbrus Süleymanov və borca görə də axtarışda olan Valeh Nəzərov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə, 17 kiloqram 500 qrama yaxın marixuana, 2 kiloqram 300 qram heroin, 1 kiloqram 300 qram metamfetamin və 1700 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb. Həmçinin V.Nəzərova məxsus 1 ədəd “TT” markalı tapança və 8 ədəd patron da aşkar edilərək götürülüb.
Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.