REGİONLAR
Cəlilabadda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb
Cəlilabad, 29 aprel, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadda koronavirus infeksiyasına yoluxmuş rayon sakini yaşayış yerini tərk edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad şəhər sakini E.Əsgərova koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
E.Əsgərovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.