Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Cənub Qaz Dəhlizinin reallaşdırılması prosesi həlledici mərhələyə daxil olub

Azərbaycan bu il Cənub Qaz Dəhlizinə 1,3 milyard dollar ayıracaq

Bakı, 5 fevral, Nihad Budaqov, AZƏRTAC

40 milyard ABŞ dolları sərmayə ilə həyata keçirilən, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olub.

AZƏRTAC xəbər verir ki, “Cənub Qaz Dəhlizi” layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya çatdıracaq. “Cənub Qaz Dəhlizi” layihəsi Türkiyə və Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılır. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet enerji layihələrindəndir. Cənub Qaz Dəhlizinin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq.

Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində indiyədək “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 99 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 100 faizi yerinə yetirilib. Bundan başqa, TANAP qaz boru kəmərinin inşası üzrə işlərin 91 faizi, TAP kəmərinin tikintisinə dair işlərin isə 65 faizi icra edilib.

“Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 16 quyu qazılıb. Həmin quyulardan 6-sı tamamlanıb, yəni istismara hazır vəziyyətə gətirilib. Layihə çərçivəsində yataqda ümumilikdə 26 quyu qazılacaq. “Şahdəniz-2” üçün tikilən iki platformanın dayaq blokları və üst tikililəri artıq dənizdə quraşdırılıb. Xankəndi gəmisi yataqda sualtı qurğuların quraşdırılması işlərinə başlayıb. “Şahdəniz-2” yatağından ilk təbii qaz hasilatına bu il ərzində başlanması nəzərdə tutulur.

Hazırda “Şahdəniz-2” üzrə dənizdəki qurğular, sualtı boru kəmərləri, genişləndirilən Səngəçal terminalı və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərində istismar sınaqları aparılır. Bundan başqa, Gürcüstandakı kompressor və nəzarət-ölçü stansiyalarında istismar sınaqları davam edir.

TANAP layihəsi isə iki fazada həyata keçirilir. Faza-0 çərçivəsində işlərin 99 faizədək hissəsi tamamlanıb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulan işlərin isə 75 faizədək hissəsi icra edilib. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək.

Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin bu il istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir.

TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Həmçinin TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəməri və fiber optik kabelin dəniz altına döşənməsi işləri də artıq tamamlanıb. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. TANAP-ın inşası çərçivəsində layihənin idarəetmə komandaları və podratçılar da daxil olmaqla hazırda tikinti sahələrində 9 mindən çox işçi çalışır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP Türkiyənin təbii qaza olan tələbatının 12 faizini qarşılayacaq.

TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla, ümumilikdə 65 faizi yekunlaşıb. Yanvarın ortasına boru kəməri marşrutu üzrə Yunanıstanda 518 kilometr ərazi təmizlənib, 473 kilometr boru xətt boyunca düzülüb, 457 kilometr boru qaynaqlanıb, 362 kilometr boru torpağa basdırılıb və 265 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib.

Albaniyada isə boru kəməri marşrutu boyunca 168 kilometr ərazi təmizlənib, 163 kilometr boru xətt boyunca düzülüb, 157 kilometr borunun qaynağı tamamlanıb. Həmçinin bu ölkədə 133 kilometr boru torpağa basdırılıb və marşrut üzrə 116 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 687 kilometrlik ərazi, yəni 90 faizi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan əlavə, boruların 80 faizi qaynaq edilib, TAP-ın Yunanıstan və Albaniya marşrutunda isə torpaq örtüyünün 65 faizi əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 515 kilometri xəndəyə endirilib.

Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. TAP-ın keçdiyi 3 ölkədə işçilər 61,5 milyon kilometr yol qət edib və 22,5 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq.

TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla, ümumilikdə iki kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilib. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

TAP xüsusilə kömürə çox üstünlük verən Cənub-Şərqi Avropada təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq. TAP və Cənub Qaz Dəhlizi karbon emissiyasının azaldılmasına və ətraf mühitə təsirin azaldılması hədəflərinə nail olmağa kömək edəcək. Həmçinin TAP Avropada enerji təhlükəsizliyinə, diversifikasiyaya və dekarbonizasiyaya doğru addım atır. Ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq TAP Bolqarıstanın qaza olan tələbatının 40 faizini, Yunanıstanın tələbatının üçdə birini, İtaliyanın idxalının isə 12 faizini təmin etmək iqtidarında olacaq.

Azərbaycan bu il Cənub Qaz Dəhlizinə 1,3 milyard dollar xərcləyəcək

2018-ci ildə Cənub Qaz Dəhlizinə təqribən 1,3 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması proqnozlaşdırılır. Bundan “Şahdəniz” layihəsinə (mövcud “Şahdəniz-1” layihəsi daxil olmaqla) 232 milyon dollar, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 144 milyon dollar, TANAP layihəsinə 728 milyon dollar və TAP layihəsinə isə 182 milyon dollar xərclənməsi nəzərdə tutulur.

Cənub Qaz Dəhlizi layihələrində “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 2014-2020-ci illər üzrə tələb olunan 11,5 milyard ABŞ dolları həcmində vəsaitdən bu ilin əvvəlinədək 8,7 milyard dollarlıq hissəsi, yəni 76 faizi investisiya edilib. 2017-ci ildə isə Cənub Qaz Dəhlizi layihələrində CQD-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 2,3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.

Bu ilin yanvar ayına “Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizi layihələrində olan iştirak paylarının maliyyələşdirilməsi üçün aşağıdakı mənbələrdən vəsaitlər cəlb edib: CQD tərəfindən buraxılmış və Dövlət Neft Fondu tərəfindən alınmış cəmi 2,5 milyard ABŞ dolları məbləğində istiqrazlar vasitəsilə; İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən təmin edilmiş 2,4 milyard dollar məbləğində nizamnamə kapitalı vasitəsilə; 2016-cı ilin mart ayında nominal dəyəri 1 milyard ABŞ dolları məbləğində avrobondların (ilk buraxılış) və 2017-ci ilin mart ayında nominal dəyəri 1 milyard ABŞ dolları məbləğində avrobondların (təkrar buraxılış) emissiyası vasitəsilə; Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından birbaşa müvafiq olaraq 0,4 milyard və 0,6 milyard dollar məbləğlərində cəlb olunmuş borclar vasitəsilə; Avropa Yenidənqurma və İnkişaf Bankından 500 milyon ABŞ dolları məbləğində cəlb olunmuş borc vasitəsilə; Asiya İnkişaf Bankından 500 milyon dollarlıq birbaşa cəlb olunmuş borc vasitəsilə; Asiya İnkişaf Bankından 524,5 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit üzrə zəmanətə əsasən cəlb olunmuş borc vasitəsilə.

Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (“Multilateral Investment Guarantee Agency” – MIGA) Direktorlar Şurası 2016-cı ilin dekabr ayında TANAP layihəsinə ayrılan investisiyalar üzrə 750 milyon ABŞ dolları məbləğində kreditə “Cənub Qaz Dəhlizi” QSC-yə zəmanətin verilməsini təsdiq edib. MIGA-nın ayırdığı zəmanətlə bağlı kommersiya bankları ilə danışıqlar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib