Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cənub bölgəsinin təhsil işçiləri yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə ediblər

Lənkəran-Masallı-Cəlilabad, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsində keçirilən ənənəvi sentyabr konfranslarında təhsil işçiləri ötən tədris ilində görülən işlərə yekun vuraraq yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransdan əvvəl şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov və rayonun təhsil işçiləri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Yığıncaqda Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədovanın “2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” barədə məruzəsi dinlənilib.

Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qarşıdan gələn yeni dərs ili və Bilik Günü münasibətilə rayonun təhsil işçilərini, şagirdləri və tələbə adını qazanmış gəncləri təbrik edib.

Azərbaycanda təhsilə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan T.Qaraşov bildirib ki, təhsilin, elmin inkişafı olmadan heç bir sahədə uğur qazanmaq mümkün deyil, ölkəmizin gələcək inkişafı üçün bu gün savadlı, bacarıqlı, müasir texnologiyalara mükəmməl yiyələnən gənclərin yetişdirilməsinə böyük ehtiyac var.

İcra hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Lənkərana göstərdiyi diqqət və qayğını bir daha nəzərə çatdıraraq qeyd edib ki, dövlətimizin başçısının bu yaxınlarda Lənkərana növbəti səfəri rayon sakinlərində böyük ruh yüksəkliyi yaradıb. Bildirilib ki, Prezident tərəfindən Lənkəranın davamlı inkişafı üçün göstərdiyi qayğı, xüsusən aqrar sahənin - çay, sitrus və çəltik sahələrinin dirçəldilməsi və inkişafı üçün verdiyi tapşırıq və sərəncamlar, bu sahəyə həsr olunmuş respublika konfransı heç şübhəsiz ki, rayonun iqtisadiyyatında mühüm rol oynayacaq.

Rayonun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək dəyərləndirən T.Qaraşov təhsilimizin inkişafı üçün müəllimlərin bundan sonra da yüksək əzmkarlıq göstərəcəklərinə əminliyini ifadə edib.

Müzakirələrdə Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin direktoru Qadir Axundov, valideyn Günel Cavadova, Şürük kənd tam orta məktəbinin direktoru Namik Bağırov, şəhər 6 nömrəli məktəb-liseyin məzunu, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Nazlı Bağırzadə, şəhər 4 nömrəli məktəb-liseyin müəllimi Ülkər Dadaşova, şəhər icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva, Təhsil Nazirliyinin əməkdaşı, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Mirbaba Babayev çıxış ediblər.

Toplantıda bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayan gənclərə şəhər icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr verilib.

Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

                                                                           X    X   X

Sentyabrın 12-də Masallı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

AZƏRTAC xəbər verir ki, konfransda rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərovun 2016-2017-ci dərs ilinin yekunları və 2017-2018-ci dərs ilində qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib.

Qeyd olunub ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 721 nəfəri ölkəmizin ali məktəblərinə sənəd verib. Onlardan 448 nəfəri qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanıb. Məzunlardan 62 nəfəri 500-600, 30 nəfəri isə 600-700 bal toplayıb. Orta-ixtisas məktəblərinə sənəd vermiş məzunlardan isə 380 nəfəri tələbə adını qazanıb.

Bildirilib ki, “Dövlət ümumtəhsil müəssisələrində çalışan müәllimlәrin bilik və bacarıqlarının diaqnostik qiymәtlәndirilmәsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq rayonun müəllimlərindən 2433-ü bilik və bacarıqlarının diaqnostik qiymәtlәndirilmәsindә iştirak edib. Diaqnostik qiymətlәndirmənin nəticələri göstərib ki, müəllimlərin əksər hissəsinin ixtisas və metodiki hazırlıq səviyyəsi yüksəkdir.

Diqqətə çatdırılıb ki, ötən tədris ilində rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib, bir sıra yeni məktəb binaları tikilərək şagird və müəllimlərin istifadəsinə verilib. 2016/2017-ci tədris ilində Şatıroba kəndində 180, Çayqıraq kəndində 140, Dəlləkoba kəndində 140 və Zuvandlı kəndində 120 yerlik məktəb binaları tikilib. Yeni dərs ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təhcizat İdarəsi tərəfindən rayonun Sirəbil, Əhmədli kənd ümumi orta, Təzə Alvadı kənd 2 nömrəli, Qasımlı və Güllütəpə kənd tam orta məktəblərinin binalarında cari təmir işləri aparılıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun Mololon, Kubin və Ləngan kəndlərində yeni məktəb binası tikilib şagirdlərin istifadəsinə veriləcək. Meşəkənarı kəndində isə modul tipli yeni məktəb binası inşa olunub, Xallıcalı və Təkdam kənd ümumi orta məktəbləri üçün belə məktəblərin tikilməsi nəzərdə tutulub.

Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun təhsil işçilərini qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək bildirib ki, Masallının iqtisadi və mədəni inkişafı təhsilin səviyyəsinə də müsbət təsir göstərir. Son illərdə rayonda 50-dək yeni məktəb binasının tikilib istifadəyə verildiyini və əsaslı təmir olunduğunu vurğulayan R.Hüseynov ölkənin gələcəyini hazırlayan təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin düzgün qurulmasının vacibliyini diqqətə çatdırıb.

Çıxış edənlər ötən tədris ilində qazanılmış uğurlardan söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Tədbirdə rayonun bir qrup təhsil işçinə və təhsildə fərqlənən şagirdlərə fəxri fərmanlar verilib.

Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

                                                                               X    X    X

Cəlilabadda keçirilən konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini böyük ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Prezident İlham Əliyevin Cəlilabad rayonuna tarixi səfərini əks etdirən film göstərilib.

Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, konfransın işinə uğurlar arzulayıb.

Bu il ölkəmizin ali məktəblərinə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri təbrik edən Ə.Əzizov bildirib ki, rayonda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının artması sevindiricidir.

Son illər Cəlilabadda 40-dan çox yeni məktəb binasının tikildiyini, yaxud əsaslı təmir olunduğunu qeyd edən Ə.Əzizov ali məktəblərə qəbul imtahanlarında rayonun ümumtəhsil məktəblərinin məzunlarının qazandıqları nailiyyətləri müəllimlərin dərs ili ərzində gördükləri səmərəli işinin məntiqi nəticəsi kimi dəyərləndirib.

Toplantıda rayon təhsil şöbəsinin müdiri Elminaz Nadirovanın 2016-2017-ci dərs ilinin yekunları və 2017-2018-ci dərs ilində qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib.

Tədbirdə rayon üzrə ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış gənclərə hədiyyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi