DÜNYA


Cənubi Afrika Respublikası Beynəlxalq Enerji Agentliyi ailəsinə qoşulub

Bakı, 7 noyabr, AZƏRTAC

Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Enerji Agentliyi (IEA) ailəsinə qoşulub.

AZƏRTAC xəbər verir ki, bu barədə IEA məlumat yayıb. Bildirilir ki, CAR Beynəlxalq Enerji Agentliyi ilə əlaqələr quran ilk Afrika ölkəsidir. IEA-ya görə, CAR Afrika enerji bazarında əsas oyunçudur.

Bununla da, IEA ailəsi qlobal enerji istehlakının təxminən 75 faizini təmsil edən 30 üzvü və 8 birlik ölkəsini əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.