ELM VƏ TƏHSİL


“Cənubi Qafqazda peşə təhsilinə dəstək” layihəsinin yekunlarına həsr olunan dəyirmi masa təşkil edilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Almaniya Tədris Mərkəzinin birgə həyata keçirdiyi “Cənubi Qafqazda peşə təhsilinə dəstək” layihəsinin yekunu ilə əlaqədar dəyirmi masa keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Cənubi Qafqazda peşə təhsilinin inkişafına dəstək: layihənin davamlılıq amilləri və çağırışlar” mövzusunu əhatə edən dəyirmi masada layihə haqqında ümumi müzakirə aparılıb.

İştirakçılara məlumat verilib ki, layihə çərçivəsində Bakı, Gəncə, Xaçmaz və Lənkəranda 234 müəssisədə əmək bazarının monitorinqi və analizi aparılıb, 11 müəssisədə “Açıq qapı” günləri keçirilib və bu tədbirlərdə 195 şagird, 22 müəllim iştirak edib.

Sosial tərəfdaşların və beynəlxalq təşkilatların iştirakı ilə “Sahibkarlıq-peşə təhsili əməkdaşlığı” mövzusunda milli konfrans, sahibkarlıq düşüncəsinin formalaşdırılması üçün “Öz biznesinə başla (Startap), “İş axtarma, özün iş yeri yarat” təlimləri iştirakçılar arasında böyük rəğbət qazanıb. “Yumşaq bacarıqlar” mövzusunda keçirilən təlimlərdə 12 məktəbdən 516 müəllim və tələbə iştirak edib. “Yeni peşələrin atlası” yaradılıb, peşələrin tanıdılması və iştirakçıların peşə maraqlarını müəyyən etmək üçün bir neçə oyun keçirilib. Layihənin mentorların hazırlanması proqramı çərçivəsində 40 nəfər mentor hazırlanıb və Almaniya təcrübəsi əsasında “Şagird firmaları” konsepsiyası yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.