Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ceyhun Bayramov: Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq mövcuddur

Ceyhun Bayramov: Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq mövcuddur

Roma, 25 may, AZƏRTAC

Azərbaycan ilə İtaliya arasında qədim tarixə və ənənəvi dostluq münasibətlərinə əsaslanan əlaqələr son 30 ildə böyük inkişaf yolu keçib. Hazırda siyasi, iqtisadi və humanitar sahələrdə yüksək səviyyədə münasibətləri olan ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib.

Ceyhun Bayramov müsahibəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun cari il aprelin 2-də Azərbaycana səfərinin tərəfdaşlığın daha da gücləndirilməsinə müsbət təkan verdiyini bildirib: “Səfər çərçivəsində münasibətlərimizin tarixində ilk dəfə olaraq, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Strateji Dialoqun ilk iclası keçirildi. Ölkələrimiz arasında strateji dialoqun yaradılması, Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı iki ölkənin hökumət başçıları tərəfindən imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də öz əksini tapıb”.

Nazir qeyd edib ki, Bakıda strateji dialoqun ilk iclasının keçirilməsi ikitərəfli münasibətlərin daha da gücləndirilməsi ilə bağlı hərtərəfli müzakirələrin aparılmasına gözəl imkan yaradıb. Bildirilib ki, hazırda ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. İqtisadi, energetika, humanitar, o cümlədən mədəniyyət və təhsil sahələrində qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur. “Həmkarımın səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirildi. Mədəniyyət sahəsində intensiv mübadilələr mövcuddur. Azərbaycan hökuməti tərəfindən İtaliyanın maddi-mədəni irsinin bərpası sahəsində bir sıra layihələrin həyata keçirilməsinə dəstək göstərilib. Yaxın zamanda ölkəmizin İtaliyadakı səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin təsis edilməsi nəzərdə tutulur. Biz çətin mərhələdə də bir-birimizin yanında olduğumuzu nümayiş etdirmişik. Pandemiya dövründə də Azərbaycan-İtaliya dostluq və tərəfdaşlığı möhkəmlənib, ölkələrimiz bir-birinə yardım edib. Bütün bu sadalananlar ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı ilə bağlı çox müsbət düşünməyə əsas verir. İnanırıq ki, ikitərəfli strateji əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcək”, - deyə nazir qeyd edib.

Ceyhun Bayramov vurğulayıb ki, iki ölkə arasında strateji iqtisadi tərəfdaşlıq, ilk növbədə, enerji sektorunu əhatə edir və Azərbaycan İtaliyanın əsas xam neft, ötən ildən başlayaraq isə təbii qaz təchizatçılarından biridir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəməri (TAP) layihəsi İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən, eyni zamanda, İtaliyanın qaz bazarında qiymətlərin sabit saxlanılmasında üstünlüklər təmin edən vacib amildir. Cari ilin may ayınadək TAP vasitəsilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən İtaliyaya 10 milyard kubmetrdən artıq təbii qaz nəql edilib.

2022-ci ildə Azərbaycandan İtaliyaya 9,5 milyard kubmetr təbii qaz təchizatı proqnozlaşdırılır. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10 faizini qarşılayır. Tam genişlənmə və ötürmə qabiliyyətinin iki dəfə - 20 milyard kubmetrə qədər artırılacağı təqdirdə, TAP İtaliyanın qaza olan tələbatının 20-25 faizini ödəyə bilər.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, Avropa İttifaqı və onun bəzi üzv ölkələri Ukraynada baş verən hadisələrdən əvvəl də Azərbaycandan enerji resurslarının nəqlinin artırılmasına maraq nümayiş etdiriblər. Bəzi ölkələrdən onların öz enerji istehlakında kömürün qazla əvəz edilməsinə və enerji keçidinə töhfə üçün Cənub Qaz Dəhlizinin Qərbi Balkanlara doğru genişləndirilməsi ilə bağlı müvafiq sorğular alınıb. Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə və təchizat mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfə verməklə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. “Təbii ki, Azərbaycan qazının daha geniş Avropa məkanına nəqli əlavə resurs bazasına sərmayələrin cəlb edilməsi deməkdir və biz, bu məsələdə Avropa İttifaqı və üzv ölkələrin dəstəyinə ümid edirik. Elektrik enerjisinin ixracı sahəsində təcrübəyə malik Azərbaycan Avropa İttifaqını da elektrik enerjisi ilə təmin etmək potensialına malikdir. Hazırda Azərbaycan Avropa İttifaqı ilə ənənəvi enerji resurslarla yanaşı, hidrogen və bərpaolunan enerji sahəsində də əməkdaşlıq imkanlarını nəzərdən keçirir. 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerjinin payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Dənizdə külək enerjisinin inkişafı və ölkəmizin işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması istiqamətində konkret addımlar atılmaqdadır. Beləliklə, Azərbaycan neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu bərpaolunan enerjinin ixracı ilə genişləndirə bilər. Göründüyü kimi, qlobal enerji bazarında Azərbaycan kommersiya maraqlarından çıxış edir və digər ölkələrin bazar payını əvəz etmək və ya onlarla rəqabət etmək məqsədini qarşısına qoymur”, - deyə nazir əlavə edib.

İkitərəfli münasibətlərin normallaşması üçün Ermənistanla aparılan dialoq barədə danışan Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanan möhkəm sülh, sabitlik, inkişaf və tərəqqinin təmin edilməsindən ibarətdir. Hətta ərazilərimizin bir hissəsi 30 ilə yaxın işğal altında olduğu zaman, Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək səyləri göstərib, onilliklər ərzində danışıqlar prosesində iştirak edib. İndiki mərhələdə, ərazilərinin işğalına son qoyan və ərazi bütövlüyünü təmin edən Azərbaycan qonşu Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması mövqeyindən çıxış edir və bu istiqamətdə addımlar atır.

Nazir deyib: “Biz, bu məqsədə real töhfə verə bilən bütün beynəlxalq platformalardan faydalanmağın tərəfdarıyıq. Avropa Şurasının da etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə töhfə verə biləcəyini düşünürük. Avropa Şurasının Baş katibinin təşəbbüsü ilə bu yaxınlarda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü keçirilib və biz bunu müsbət qiymətləndiririk. Bu günədək iki ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi beynəlxalq platformalarda görüşlərin keçirilməsi təcrübəsi mövcud olub. Avropa Şurası Nazirlər Komitəsinin Turin görüşündə belə bir görüş keçirilmədi, lakin hesab edirik ki, ümumiyyətlə, bu kimi beynəlxalq çərçivələrin sülh dialoquna müsbət töhfəsi ola bilər. Ən əsası isə əlbəttə ki, hər iki tərəfin sülhü yaratmaqla bağlı möhkəm iradəsini nümayiş etdirməsidir. İtaliyanın yanaşmasına gəldikdə isə, İtaliyanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hər zaman dəstək verib və bölgədə sülhün təmin olunmasına çağırıb. Biz hazırda azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesində İtaliya şirkətlərinin iştirakını yüksək qiymətləndirir və bunun bölgənin gələcək sülh və tərəqqisinə töhfə olduğunu hesab edirik’.

Nazir xatırladıb ki, 2020-ci ildə imzalanan 10 noyabr tarixli üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlara son qoydu. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarıldı və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Bildirilib ki, ümumilikdə bölgədəki cari vəziyyəti müsbət qiymətləndirmək olar, lakin Bəyanatın bəzi müddəaları Ermənistan tərəfindən hələ də tam yerinə yetirilməyib. Hesab edirik ki, bölgədə sülh quruculuğu üçün ilk növbədə, üçtərəfli bəyanatlar, habelə sonrakı görüşlərdə, o cümlədən Brüsseldə Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə baş tutan iki ölkə liderlərinin görüşlərində əldə edilən razılaşmaların həyata keçirilməsi olduqca vacibdir.

Rusiya-Ukrayna gərginliyinin bölgədəki vəziyyətə təsiri məsələsinə toxunan Ceyhun Bayramov deyib: “Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri mövcuddur. Burada söhbət iki böyük ölkə ilə olan hərtərəfli və yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən gedir. Ukraynadakı vəziyyət, əlbəttə, çox böyük narahatlıq doğurur. Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt itirmədən dialoqa çağırıb və tərəflər arasında birbaşa danışıqların zəruriliyini vurğulayıb. Qeyd etmək istərdim ki, Azərbaycan dövlət başçısının hələ müharibənin ilk günlərində hər iki ölkənin rəhbəri ilə telefon danışıqları olub. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Azərbaycan özü 30 ilə yaxın hüquqi ədalətsizlikdən əziyyət çəkmiş bir dövlət kimi beynəlxalq hüququn irəli sürdüyü, tələb etdiyi normalara əməl olunmasının tərəfdarıdır. Azərbaycanın bu məsələlərin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh, danışıqlar yolu ilə həll edilməsinin vacibliyini önə çəkməsi təbiidir. Qeyd etmək istərdim ki, Azərbaycan Ukraynaya ilk humanitar yardım göstərən ölkələr sırasındadır. Bu günədək tərəfimizdən Kiyevə 15 milyon avroluq humanitar yardım göstərilib”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO