DÜNYA


Ceyms Bond haqqında növbəti filmi yapon əsilli kinorejissor çəkəcək

Tokio, 23 sentyabr, AZƏRTAC 

Populyar “007” serialının növbəti seriyasının rejissoru yapon əsilli amerikalı Keri Coci Fukunaqa olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Serialın prodüsserləri bildiriblər ki, çoxplanlı və innovativ yanaşma onu Ceyms Bond barədə növbəti sərgüzəştləri lentə almaq üçün ən layiqli namizəd edir. Bu, Böyük Britaniyanın məxfi xidmət agentinin fantastik sərgüzəştləri barədə 25-ci film olacaq.

Britaniyalı kinorejissor Denni Boyl prodüsserlərin “kreativ fikir ayrılığı” kimi qələmə verdikləri səbəblərə görə layihəni avqustda tərk edib.

Yeni filmin çəkilişlərinə gələn ilin martında başlanacaq. Filmin 2020-ci ilin fevralında prokata çıxarılması planlaşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.