REGİONLAR


Cocuq Mərcanlıda məktəblilər tullantılardan əl işləri düzəldiblər

Cəbrayıl, 20 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində məktəblilər arasında "Eko youth" layihəsi həyata keçirilir. “Yaşıl ASAN” və “ASAN Könüllülər”in təşkilati dəstək göstərdiyi layihənin məqsədi Cəbrayıl, Tovuz, Goranboy rayonlarında və Gəncə şəhərində müəyyən olunacaq məktəblərin şagirdlərini təlimlərə cəlb etmək, ekoloji aksiyalarda iştiraklarını təmin edərək onları ekoloji mövzuda ictimai vəkil olaraq yetişdirməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində 3 ay müddətində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbində 20 məktəbliyə “Ekologiya və onun qorunması", "Ekoloji hüququn əsasları və ictimai vəkillik", "Gənclərin ətraf mühitin qorunması və təmizlənməsində rolu" mövzularında təlimlər keçirilib.

Bu təlimlər vasitəsilə məktəblilərə daha məsuliyyətli olmağı, təbiəti qorumağı və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağı öyrətmək hədəflənib. Layihə müddətində yaşıl iməcilik adı altında təmizlik aksiyası keçirilib və yığılan tullantılardan 20-yə yaxın müxtəlif əl işi hazırlanıb. Sonda əl işlərinin sərgisi təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.