ELM VƏ TƏHSİL


Coğrafiyacı alim: Xızı dağları turizm obyektlərinin yaradılması üçün məqsədəuyğundur

Bakı, 4 iyun, AZƏRTAC 

AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Xızı dağlarında tədqiqat aparıb.

Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu dağları tədqiq etməklə Xızının tarixi, keçmişi haqqında məlumatlar toplamağın mümkünlüyünü qeyd edən tədqiqatçı Böyük Qafqaz sıra dağlarının cənub-şərq qurtaracağında yerləşən və bir-birinə bənzəsə də, təkrarlanmayan bəzəkli Xızı dağlarının geoloji mənşəyi, tərkibi, qırmıza rəngdə olmasının səbəbindən bəhs edib. O bildirib ki, bu rəngli dağlar Mezozoy erasının Yura dövrünə aid süxurlardan təşkil olunduğundan onlara həm də Yura gilləri deyilir. Yura gilləri kifayət qədər perium tərkibli kimyəvi elementlərlə seçildiyi üçün həmin süxurların qırmızı rəngə çalmasına səbəb olub.

Rəngli dağ yamaclarında layların müxtəlif konfiqurasiyalar əmələ gətirdiyini qeyd edən alim vaxtilə dağ əmələgəlməsində layların qırışlarla yox, blokvari bir-birinin üzərinə hərəkət etməsi nəticəsində qədim süxurların üstdə, cavan süxurların isə alt hissədə yatdığını diqqətə çatdırıb. O vurğulayıb ki, turizmin inkişafı baxımından bu əsrarəngiz məkanda turizm obyektlərinin yaradılması məqsədəuyğun olardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.