Azərbaycan Dövlət İnformasiya Agentliyi

Coğrafiyaşünas alim: Atmosferə atılan karbon qazının miqdarı təhlükəli həddə çatıb

Coğrafiyaşünas alim: Atmosferə atılan karbon qazının miqdarı təhlükəli həddə çatıb

Bakı, 22 dekabr, Xatirə Cəfərova, AZƏRTAC

Qlobal istiləşmə və onunla əlaqədar müasir iqlim dəyişmələri yaşadığımız dövrdə bəşəriyyəti narahat edən ən vacib problemlərdən biridir. BMT-nin iqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun yaydığı 6-cı hesabatına əsasən, 1850-1900-cu illər dövrü ilə müqayisədə yer kürəsinin orta illik qlobal temperaturu 1,10 C artıb. Lakin bu artım dünyanın hər yerində eyni deyildir. Belə ki, Arktikada temperatur artımı demək olar ki, bundan 2 dəfə çoxdur. İqlim ssenarilərinə əsasən yaxın onilliklərdə qlobal temperatur artımının 1,5, hətta 2,0 C-yə çatacağı gözlənilir. Qlobal istiləşmənin 1,50 C olacağı halda “isti hava dalğalarının” daha da güclənməsi, isti mövsümlərin uzanması və soyuq mövsümlərin isə qısalması baş verəcək. 2,0 C-lik qlobal istiləşmədə isə havanın temperaturunun ekstremal göstəriciləri kənd təsərrüfatı və insan sağlamlığı üçün kritik ola bilər. Əgər lazımi qabaqlayıcı tədbirlər görülməzsə, 2100-cü ilə qədər temperatur artımının 3,0 C-dən artıq olacağı ehtimal olunur.

Bu barədə AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya elmləri doktoru Səid Səfərov məlumat verib.

Temperaturun artmasının səbəbi - atmosferə atılan karbon qazı

Dünyanın aparıcı elm mərkəzlərində aparılan çoxsaylı tədqiqatlara əsasən belə nəticəyə gəlinir ki, qlobal istiləşməyə əsas səbəb insanın istehsal və təsərrüfat fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazı və digər parnik effekti yaradan qazlarının miqdarının durmadan artmasıdır. Sənayeləşmə dövründən başlayaraq yanacağa (neft, daş kömür, təbii qaz və s.) olan tələbatın durmadan yüksəlməsi ilə əlaqədar atmosferə atılan karbon qazının miqdarı kəskin artaraq son dövrlərdə təhlükəli həddə çatıb. Beləliklə, artıq min illər ərzində formalaşan mövcud ekosistem insan fəaliyyəti nəticəsində yaranan kəskin temperatur artımına davam gətirə bilmir.

Qlobal temperaturun bundan sonra da artmaqda davam etməsi əsasən yay aylarında müşahidə edilən ekstremal “isti hava dalğalarının” daha tez-tez təkrarlanmasına, onların intensivlik və davametmə müddətinin daha təhlükəli hədlərə çatmasına səbəb olmaqla, mövcud ekosistemdə ciddi neqativ dəyişiklərə gətirib çıxaracaqdır.

Temperaturun artması ilə planetin bütün iqlim şəraiti də dəyişir - ekstremal təhlükəli hadisələrin təkrarlanması artır, təbii zonaların yerdəyişməsi baş verdiyindən bitki və heyvanlar məhv olur.

Qlobal istiləşmə suyun təbiətdə dövranını sürətləndirir ki, bu da daha intensiv yağıntılara, onlarla əlaqədar olan daşqın, sel və subasmalara, həmçinin digər ərazilərdə isə daha intensiv quraqlıqlara səbəb olur. Bəzi ərazilərdə yağıntıların artması digər ərazilərdə azalması ilə müşayiət olunur. Lakin hətta illik yağıntıların azaldığı ərazilərdə belə ayrı-ayrı günlərdə düşən yağıntıların miqdarı tədricən yeni rekordlar vurur və onların təkrarlanması da artır.

Qlobal istiləşmə dağlarda qar örtüyü və buzlaqların sərhəddinin durmadan yuxarı qalxmasına və bəzi yerlərdə tamamilə yox olmasına səbəb ola bilər ki, bu da bir çox regionlarda içməli su probleminə gətirib çıxaracaqdır.

Ölkəmizdə də qlobal istiləşmə öz təzahürlərini göstərir

Azərbaycan ərazisində də qlobal istiləşmə öz təzahürlərini göstərməkdədir. İqlim norması (1961-1990) ilə müqayisədə 1991-2020-ci illər dövründə havanın orta illik temperaturu orta hesabla 0,80 - 1,20 C artıb. Lakin bu artım aylar üzrə qeyri-bərabər paylanıb. Daha böyük artım mart, iyun, avqust və oktyabr aylarında qeydə alınır. Ən böyük artım isə avqust ayında müşahidə edilir ki, bu da bir çox hallarda davamlı və intensiv “isti hava dalğaları”, həmçinin ekstremal hava temperaturları ilə müşaiyət olunur. Respublikanın əksər ərazilərində atmosfer yağıntıları iqlim normasına nisbətən azalsa da, ayrı-ayrı günlərdə müşahidə olunan anomal intensivli yağıntılar və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin (leysan, ildırım, dolu, qasırğa küləyi, sel, daşğın və s.) təkrarlanması artmışdır. Temperturun artması və yağıntıların azalması səbəbindən ölkənin su ehtiyatlarının azalması müşahidə edilir. Yaxın onilliklərdə istiləşmənin daha da sürətlənəcəyi ilə əlaqədar Azərbaycanda da yuxarıda qeyd edilən neqativ təsahürlərin daha da kəskinləşəcəyi ehtimal olunur. Bununla əlaqədar kənd təsərrüfatında mütərəqqi irriqasiya metodlarının tətbiqi və quraqlığa daha davamlı bitkilərin seleksiya olunaraq yetişdirilməsi məqsədəuyğun hesab edilir.

İqlim dəyişikliyi qapalı su hövzələrindən də təsirsiz ötüşmür

Qlobal istiləşmə qapalı su hövzələrindən də təsirsiz ötüşmür. Havanın istiləşməsi ilə su səthlərinin temperaturu da yüksəlir ki, bu da səthdən buxarlanmanı sürətləndirməklə su hövzələrinin səviyyəsinin enməsinə səbəb olur. Xəzər dənizi də okeanla birbaşa əlaqəsi olmayan qapalı su hövzəsidir. Burada suyun səviyyəsinin enməsinin yaxın onilliklərdə də davam edəcəyi və hətta Şimali Xəzərin tamamilə quruyacağı ehtimal olunur. Bütün bunlar dənizin ekosisteminə, biomüxtəlifliyinə, dəniz infrastrukturuna son dərəcə neqativ təsir göstərəcəkdir. Hazırda demək olar ki, bu neqativ təsirlər indidən özünü göstərir. İlin isti yay aylarında nisbətən dayaz sahil zonasında balıqların kütləvi surətdə məhv olması qlobal istiləşmənin təzahürlərinə aid edilə bilər. Belə ki, xüsusilə anomal “isti hava dalğası” şəraitində dənizin dayaz yerlərində suyun həddən artıq qızması suda oksigen çatışmazlığına səbəb olur ki, bu da son nəticədə balıqların və digər dəniz canlıların məhvinə gətirib çıxarır. Gələcəkdə istiləşmənin artması vəziyyəti daha da dramatikləşdirəcək.

İqlim dəyişmələri üzrə dünya ekspertlərinin ümumi rəyinə əsasən qlobal istiləşdirməni məhdudlaşdırmağın yeganə yolu dünyanın enerji balansında alternativ enerjinin (külək, günəş və s. enerjiləri) xüsusi çəkisini kəskin artırmaqla, atmosferə atılan karbon qazı və digər parnik qazlarının miqdarının azaldılmasıdır. Bu istiqamətdə Azərbaycanda da ciddi layihələr həyata keçirilməkdədir. Məsələn, Qobustan və Xızı rayonlarında və bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə quraşdırılması nəzərdə tutulan külək turbinlərinin və günəş panellərinin işə salınması xeyli istilik yanacağına qənaət edəcək. Həmçinin parnik qazlarının atmosferə atılmasının qarşısını müəyyən qədər alacaq.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub VİDEO

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb