CƏMİYYƏT


Corat qəsəbə sakinindən marixuana aşkarlanaraq götürülüb

Bakı, 15 yanvar, AZƏRTAC

Corat qəsəbə sakinindən marixuana aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əəməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 450 qram marixuana aşkarlanaraq götürülüb.

Hadisə ilə əlaqədar şəhər polis idarəsində təhqiqatlar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.