Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Creative Business Cup” Azərbaycan 2018 startap proqramının Ölkə Finalı başa çatıb

Bakı, 9 oktyabr, AZƏRTAC

“Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı, “Azərkosmos” ASC və “SOCAR” AQŞ-nin əsas tərəfdaşlığı ilə beynəlxalq “Creative Business Cup” (CBC)” Azərbaycan 2018 startap proqramının Ölkə Finalı keçirilib.

“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, CBC dünyanın 70-dən çox ölkəsində keçirilən startap proqramıdır. Final günündə 13 startap komandası yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyəti qarşısında Dünya Finalına vəsiqə əldə etmək üçün bir-biri ilə yarışıb. Ümumilikdə 70-dan çox ölkənin hər birinin ölkə finalının qalibi olan startap komandaları 2018-ci ilin noyabr ayında Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçiriləcək Dünya Finalında öz ölkələrini təmsil edəcəklər.

Qalib startaplar və əldə etdikləri imkanlar

1-ci yerin qalibi: Ay-try (http://ay-try.com/) - sağlam həyat tərzinə yeni bir moda gətirən startap – öz unikal idman alətləri və yeriş stili vasitəsilə əzələlərin 90 faizi məşq prosesində işləkliyini təmin etməklə yanaşı, buna iki dəfə az müddətdə nail olmağa imkan verir. Startap komandası noyabrın 25-29-da Kopenhagendə keçiriləcək Dünya Finalında dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında öz məhsullarını təqdim edəcək, investisiya əldə etmək və eyni zamanda, ölkəmizin uğuru üçün yarışacaq.

2-ci yerin qalibi: PictoFy (https://goo.gl/n2DazW) - idman və əyləncə tədbirləri zamanı çəkilmiş fotoşəkilləri sürətli (real-time) rejimində fotokameradan istifadəçilərə / tədbir iştirakçılarına bir neçə saniyə müddətində ötürmək imkanı verən mobil tətbiqdir. PictoFy platformasından fotoşəkilləri fotoqrafların və tədbir təşkilatçılarının seçimlərindən asılı olaraq pulsuz və ya ödənişli əldə etmək mümkündür. Startap komandası noyabrın 6-7-də Çində keçiriləcək CBC Çin Finalında Dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında öz məhsullarını təqdim edəcək, investisiya əldə etmək və eyni zamanda, ölkəmizin uğuru üçün yarışacaq.

3-cü yerin qalibi: Musicbeez (https://www.musicbeez.com/) - Musicbeez musiqi dinləyicilərinə istədikləri hər hansı bir sənətçinin ifasında hər hansı bir mahnı dinləmək üçün fürsət verən bir platformadır. Musicbeez dünyanın bütün yerlərindən eyni fikirli musiqi dinləyicilərinə bir araya gəlmək və hər hansı bir mahnını öz sevimli sənətkarlarının ifasında eşitmək üçün toplanmış bir sorğu (istək, sifariş) göndərməyə imkan verir. Startap komandası oktyabrın 26-29-da Bakıda Keepface startapı tərəfindən keçiriləcək “Global Influencer Day” (https://influencerday.org/) tədbirinə bir ədəd tam giriş (“All-access”) bileti qazanıb.

Ən Yaxşı Xanım Sahibkar nominasiyasının qalibi: Otmilk (http://otmilk.com/) komandasının üzvü Bilgeis Hacıyeva Ölkə Finalında möhtəşəm performansına görə Ən Yaxşı Qadın Sahibkar mükafatına layiq görülüb. “Social Innovation Lab” (Sil.) innovasiya mərkəzindən smartfon və Buket.al (https://www.buket.al/) startapından gözəl bir çiçək buketi hədiyyəsi alıb.

Qlobal turda təqdim olunan mükafatların ümumi dəyəri 100.000 ABŞ dollarından çoxdur. Bu il Azərbaycandan proqrama qəbul olunan 13 startap komandası sürətləndirilmiş pre-akselerator proqramını bitirərək Danimarkada keçiriləcək qlobal final və aşağıdakı mükafatlar uğrunda yarışıblar.

Dünya finalında Azərbaycanı təmsil edəcək startap komandasının bütün xərcləri qarşılanır.

CBC Global Finalının mükafatları:

– Birinci yer: 7,000 avro,

– İkinci yer: 3,500 avro,

– Üçüncü yer: 1,500 avro.

– 4 fərqli mövzu mükafatı (cəmi: 17,000 avro),

Hər bir ölkənin qalib startap komandası Dünya Finalında bir yerə toplanacaq və dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında təqdimat edəcək. Dünya Finalında dünyanın 70-dan çox ölkəsindən qoşulan 1000 nəfərlik bir proqramda qalib startapımız ölkəmizin uğuru üçün yarışacaq.

Sil. Innovasiya mərkəzinin təşkil etdiyi digər beynəlxalq proqramlar haqqında məlumatı “Social Innovation Lab” “facebook” səhifəsini izləməklə, www.sil.vc veb-səhifəsindən məlumat əldə etmək olar.

Qeyd edək ki, “Creative Business Cup” proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Sil.” “Social Innovation Lab innovasiya mərkəzidir. “Sil.” innovasiya mərkəzinin əsas tərəfdaşları “Azərkosmos” ASC və “SOCAR” AQŞ-dir.

Proqramın digər tərəfdaşları Vita1000 meyvə şirələri, Azərbaycan-Fransız Universiteti, Buket.al startapı, IRS Cizgi və Keepface startapıdır. Proqramın media tərəfdaşları Technote Media, Edumap və REAL TV-dir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub