İDMAN


Cüdoçumuz Zelim Kotsoyev "Tokio-2020"ni medalsız başa vurub

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokio Olimpiadasında növbəti görüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız kanadalı Şadi Elhanasa məğlub olub. Cüdoçumuz startda fransalı Aleksandr İddira qalib gəlib.

Azərbaycan "Tokio-2020"də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (83 kq) və Məmmədəli Mehdiyev (91 kq) yarışı medalsız başa vurublar. R.Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.