DÜNYA


Cüzeppe Konte: Aİ tərəfdaşları miqrantları qəbul etməyə hazırdır

Roma, 12 may, AZƏRTAC

Mən Malta, Fransa və Lüksemburqun bir sıra miqrantları qəbul etmək istəyini hiss etdim. İtaliya Almaniya, İspaniya və Portuqaliyadan da cavab gözləyir. Avropalı dostlarımızın böyük istəyini duydum. Biz də bu məsələni həll edəcəyik.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Rumıniyanın Sibiu şəhərində keçirilən qeyri-rəsmi sammitində çıxış edən İtaliyanın Baş naziri Cüzeppe Konte söyləyib.

Baş nazir İtaliya hərbi gəmisi tərəfindən Liviya sahillərindən xilas edilən bir sıra miqrantları Almaniya və İspaniyanın da qəbul etməyə hazır olduqlarını bildirib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.