İDMAN


DÇ-2022: Fransa Danimarkanı məğlub edərək qrupdan çıxmağı təmin edib

Bakı, 26 noyabr, AZƏRTAC

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında D qrupunun digər oyununda Fransa və Danimarka komandaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, görüş Fransa yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Fransanın qollarını 61-ci və 86-cı dəqiqələrdə Kilian Mbappe vurub. Danimarka millisində isə 68-ci dəqiqədə Andreas Kristensen fərqlənib.

Bununla da ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci yerdə qərarlaşıb və qrupdan çıxmağı təmin edib, Avstraliya isə 3 xalla ikinci yerdədir. Danimarka və Tunis komandaları isə hərəyə 1 xalla 3-cü və 4-cü yerləri bölüşürlər.

Günün son oyunu saat 23:00-da Argentina və Meksika yığmaları arasında olacaq.

Qeyd edək ki, günün ilk oyununda - D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. Günün digər matçında - C qrupunda Səudiyyə Ərəbistanı Polşa millisinə 0:2 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.