ELM VƏ TƏHSİL


DİM: İmtahanı uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər

Bakı, 16 sentyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi tərəfindən sentyabrın 10-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçirilmiş test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 626 nəfəri (44,2 faiz) müvəffəqiyyət qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.