ELM VƏ TƏHSİL


DİM əməkdaşları imtahanların təhlükəsizliyinə dair konfransda iştirak ediblər

Bakı, 3 dekabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) İnformasiyalaşdırma və texnoloji təminat departamenti, Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, İmtahanların təşkili və idarəedilməsi departamenti və Strateji inkişaf şöbəsinin əməkdaşları onlayn keçirilən və imtahanların təhlükəsizliyinə həsr olunmuş 10-cu illik konfransda (#COTS2021) iştirak ediblər. Konfrans 80-dən artıq təşkilatın müvafiq sahə üzrə mütəxəssislərini bir araya gətirib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, builki tədbir konfransın rəhbər komitəsi və ETS-in birgə təşkilatçılığı ilə keçirilib. Tədbirin tərəfdaşları siyahısında həmçinin “Pearson VUE” və “Prometric” kimi təşkilatlar yer alıblar.

Xatırladaq ki, DİM 2016-cı ildən ETS təşkilatının (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) rəsmi test mərkəzi olaraq “TOEFL İbt” və “GRE” imtahanlarını keçirir.

Konfrans iştirakçıları qiymətləndirmə sahəsində fəaliyyət göstərən təşkilatların mütəxəssisləri tərəfindən təqdim edilən bir sıra məsələlərlə tanış olublar. Bu sıraya daha təhlükəsiz test materiallarının tərtibi, imtahanların təhlükəsizliyi planının yaradılması, ən yaxşı təcrübənin tətbiqi, imtahanda köçürmə edən iştirakçıların müəyyən edilməsi üçün statistikadan istifadə, təhlükəsizlik məlumatlarının maraqlı tərəflərə və ya məhkəmələrə ötürülməsi məsələləri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.