ELM VƏ TƏHSİL
DİM-in əməkdaşları Təhsil İnstitutu ilə Sinqapur nəşriyyatlarının birgə keçirdiyi onlayn təlimlərə qoşulublar
Bakı, 10 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin əməkdaşları və dərsliklərin monitorinqi üzrə ekspertlər Təhsil İnstitutu və Sinqapur “Alston” Nəşriyyat Evinin birgə əməkdaşlığı ilə təbiət elmləri üzrə təhsil proqramlarının və dərsliklərin təkmilləşdirilməsinə dair, habelə Sinqapur Nəşriyyat evi “Marshall Cavendish” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən riyaziyyat fənninə dair təlimlərdə iştirak ediblər.
Təbiət fənləri üzrə təlimlərdə dərsliklərin təkmilləşdirilməsi və yenidən hazırlanması, dərs prosesində qiymətləndirməyə imkan verən praktiki fəaliyyət barədə müzakirələr aparılıb.
Riyaziyyat fənni üzrə təlimlərdə isə Azərbaycan Respublikasında olan fənn kurikulumu ilə Sinqapur, ABŞ və Avropa ölkələrində qüvvədə olan fənn kurikulumları müqayisəli təhlil edilib, məzmun xətləri, məzmun standartları və təlim nəticələrinin təkmilləşdirilməsi üçün təkliflər verilib.