CƏMİYYƏT
DSX: Xəzər dənizində köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edilib
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin olunması, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə tədbirləri qətiyyətlə davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 20-də saat 12:05 radələrində DSX Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində şübhəli bağlama aşkarlanıb. Bağlamaya baxış zamanı narkotik vasitəyə bənzər 4 kiloqram 365 qram çəkidə maddə aşkarlanaraq götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.
Noyabrın 21-də axşam saatlarında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Mərkəzi regional şöbəsinin Sahil nəzarət bölməsinə balıqçı qayığının mühərrikində yaranmış nasazlıq səbəbindən 2 nəfərin dənizdə köməksiz vəziyyətdə qalmaları barədə məlumat verilib.
Təxirəsalınmaz tədbirlər nəticəsində qayığın olduğu ərazinin koordinatları müəyyənləşdirilib. Sumqayıt reydində sahildən təqribən 4 mil aralıda dənizdə qalmış balıqçı qayığının heyət üzvləri - Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu əraziyə göndərilmiş sərhəd gözətçi gəmisi tərəfindən xilas edilərək üzmə vasitəsilə birlikdə sahilə çıxarılıblar.