REGİONLAR


DSX və DGK rəhbərliyi Naxçıvandakı dövlət sərhədindən buraxılış məntəqələrində olublar

Bakı, 6 yanvar, AZƏRTAC

Yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində olublar.

DGK-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə sərhədində yerləşən Sədərək, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Culfa və Şahtaxtı buraxılış məntəqələrində mövcud infrastrukturun vəziyyəti, əməkdaşların iş şəraiti ilə yaxından tanış olan qurum rəhbərləri xidmət səviyyəsinin daha da yüksəldilməsi, gömrük və sərhəd nəzarətinin səmərəli şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətli həyata keçirilməsi, eləcə də beynəlxalq tranzitin daha da asanlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.