DÜNYA
DTT Hindistanın tətbiq etdiyi tariflərlə bağlı Yaponiyanın şikayətini dəstəkləyib
Tokio, 7 noyabr, AZERTAC
Dünya Ticarət Təşkilatı (DTT) Hindistanın beynəlxalq ticarət qaydalarını pozması ilə əlaqədar Yaponiyanın şikayətini dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, Hindistan poladdan hazırlanan bir sıra idxal əmtəələrinə tarifləri qaldırıb.
Hindistan hökuməti fövqəladə müdafiə tədbirləri kimi üç il əvvəl tarifləri 20 faizədək yüksəldib. Hakimiyyət orqanlarının bildirdiyinə görə, Hindistanın polad sənayesi avtomobil hissələrinin artan ixracı səbəbindən zərərə düşüb.
Noyabrın 6-da Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bildirib ki, DTT ötən ilin martında Yaponiyanın təşkilata göndərdiyi şikayəti əsaslı hesab edir. Hindistan qəbul edilən qərara 60 gün ərzində etiraz edə bilər.
DTT-nin bu qərarı Hindistanın müdafiə tədbirləri martda tamamlandığına görə, Yaponiyaya heç bir xeyir gətirməyəcək. Buna baxmayaraq, nazirlikdən bildiriblər ki, həmin qərar fövqəladə tədbirlərin tətbiqinin əsaslandırılmasını tələb etməsi baxımından əhəmiyyətlidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio