İDMAN


Daha bir basketbolçu MBA-da mövsümün bərpasından sonra meydana çıxmayacaq

Bakı, 23 iyun, AZƏRTAC

Daha bir basketbolçu MBA-da mövsümün bərpasından sonra meydana çıxmayacaq.

AZƏRTAC xəbər verir ki, “Portland Treyl Bleyzers” klubunun hücumçusu Trevor Ariza mövsümün bərpasından sonra meydana çıxmaqdan imtina edib. Basketbolçu oğlu ilə vaxt keçirəcəyini açıqlayıb.

İlk öncə “Vaşinqton Vizards”ın forvardı David Bertans meydana çıxmayacağını açıqlamışdı. O, çempionatda çıxış etməməklə bağlı müstəqil qərar verən ilk basketbolçu kimi diqqət mərkəzinə düşmüşdü.

Qeyd edək ki, MBA rəhbərliyi oyunçulara bu baxımdan seçim etmək imkanı yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.