MƏDƏNİYYƏT


Dahi mütəfəkkir Abbasqulu ağa Bakıxanov haqqında videoçarx hazırlanıb

Bakı, 24 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı pandemiya şəraitində, sərt karantin rejiminin tələblərinə uyğun olaraq oxuculara onlayn xidmətlər göstərməkdədir.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana bu dəfə izləyiciləri görkəmli şair, alim, mütəfəkkir Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığı ilə tanış edib.

Xatırladaq ki, Azərbaycan elm tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.

Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.