İQTİSADİYYAT
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şamaxıda vətəndaşlarla görüşəcək

Bakı, 8 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova iyunun 16-da Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 36) Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər. Vətəndaşların qəbulu saat 12:00-dan etibarən keçiriləcək.
Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Şamaxı Ərazi İdarəsinə (telefon: 051 571 46 41, elektron ünvan: [email protected] ) iyunun 14-də saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.