İQTİSADİYYAT


Daşkənddə keçirilən “Nəqliyyat və logistika” sərgisində Azərbaycan da iştirak edib

Daşkənd, 17 noyabr, AZƏRTAC

Daşkənddə 15-ci beynəlxalq “Nəqliyyat və logistika” sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə Müstəqil Dövlətlər Birliyi və bir sıra digər ölkələrin nəqliyyat və logistika sahələrində fəaliyyət göstərən şirkətləri iştirak edib.

Azərbaycanı bu tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə daxil olan “ACSC Logistics” MMC təmsil edib.

Qurumun nümayəndələri “ACSC Logistics” MMC haqqında sərgi iştirakçılarına məlumat verib, maraqlananlara şirkətin fəaliyyəti ilə bağlı jurnal və açıqcalar paylayıb.

“ACSC Logistics”ın baş direktoru Azər Məmmədov bildirib ki, şirkət nəqliyyat marşrutlarına daxil olan dənizlərdə (Xəzər dənizi, Qara dəniz), dəmir yolu sahələrində (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan), həmçinin həmsərhəd dəmir yollarında ekspeditor xidmətləri göstərir. Xəzər və Qara dənizlərin limanları - Bakı, Hövsan, Poti, Batumi, Aktau, Kurık, Türkmənbaşı və digər limanlarda yükləmə-boşaltma, yüklərin qorunması, xüsusi şəraitdə yüklərin daşınması və saxlanması, multi və modaldaşımalar, yükboşaltma və yükdoldurma, vaqonlarla təchizat, sənədlərin hazırlanması, yolboyu yük sahiblərinə informasiya verilməsi və digər işləri icra edirik.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.