İDMAN


David Moyes Şotlandiya millisinin baş məşqçisi vəzifəsinə əsas namizəddir

Bakı, 13 oktyabr, AZƏRTAC

“Mançester Yunayted” və “Everton”un sabiq baş məşqçisi Devid Moyes futbol üzrə Şotlandiya milli komandası ilə işləmək üçün danışıqlara hazırdır.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bukmerkerlerin fikirlərinə görə, 54 yaşlı şotlandiyalı mütəxəssis Qordon Strakanın istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsinə əsas iddiaçıdır.

Moyesin işlədiyi son klub “Sunderland” (İngiltərə) olub. O, komandasının Premyer Liqadan gedişindən sonra cari ilin mayında klubdan ayrılıb.

Qeyd edək ki, Şotlandiya millisi 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazana bilməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.