İDMAN


David Silva karyerasını İtaliyada davam etdirə bilər

Bakı, 29 iyul, AZƏRTAC

“Mançester Siti”dən ayrılan David Silva karyerasını İtaliyada davam etdirə bilər.

AZƏRTAC xəbər verir ki, ispaniyalı futbolçunu “Latiso” heyətinə cəlb etməyi planlaşdırır. Roma təmsilçisinin artıq Silva ilə danışıqlara başladığı bildirilir. Otuz dörd yaşlı yarımmüdafiəçinin keçidində ən çox komandanın baş məşqçisi Siome İnzaqinin maraqlı olduğu qeyd olunub.

Qeyd edək ki, 2010-cu ildən “Mançester Siti”də çıxış edən Silva Premyer Liqanın sonuncu mövsümündə 6 qol vurub, 10 məhsuldar ötürmə edib. İspaniyalı futbolçu ilə Birləşmiş Ərəb Əmirliklərinin 2 komandasının da maraqlandığı bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.