CƏMİYYƏT


Daxili Qoşunların şəxsi heyəti ulu öndər Heydər Əliyevin əziz xatirəsini hər an qəlbində yaşadır

Bakı, 7 dekabr, AZƏRTAC

Dünyanın nadir şəxsiyyətləri ilə bir sırada dayanan, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi insan, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində böyük ehtiram hissi ilə anılır.

Bu fikir dekabrın 7-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimində səsləndirilib.

Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Qeyd olunub ki, müstəqil Azərbaycanın zamanın ağır və çətin sınağından çıxarılaraq dünyada tanınan nüfuzlu bir dövlətə çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Əbədiyyətə qovuşmasından 14 il ötsə də, Daxili Qoşunların şəxsi heyəti onun əziz xatirəsini hər an qəlbində yaşadır.

Bildirilib ki, məhz dahi şəxsiyyətin Azərbaycan rəhbərliyinə tarixi qayıdışından sonra müstəqil dövlətimizin təhlükəsizliyinin etibarlı keşikçilərindən olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib, dövlət quruculuğu prosesində qoşunların düzgün istiqamətdə təşkili, qurulması və formalaşması əhəmiyyətli məsələlərdən biri kimi önə çəkilib. Bununla da Daxili Qoşunlar inkişafın yeni mərhələsinə qədəm qoyaraq ildən-ilə təkmilləşib, müasirləşib, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən peşəkar quruma çevrilib.

Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Milli Məclisin deputatı Elman Nəsirov “Heydər Əliyev müasir Azərbaycanın banisidir” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan xalqının müdrik oğlu, qətiyyəti ilə heyranlıq doğuran, yenilməz iradə sahibi Heydər Əliyevin gənc, müstəqil dövlətimizi labüd fəlakətlərdən qurtardığını diqqətə çatdırıb. Ümummilli Liderin xalq, Vətən, dövlət və dövlətçilik uğrunda əvəzsiz xidmətlərindən bəhs edən deputat deyib ki, Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətləri yüz illər keçsə də unudulmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.