SİYASƏT


Daxili işlər naziri “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb

Bakı, 31 dekabr, AZƏRTAC

Dekabrın 31-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıda yerləşən "N" saylı hərbi hissəsində olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə əsgər və zabitləri təbrik edən nazir Ramil Usubov Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, nəinki paytaxtda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər və gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.

Sonra nazir şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.

Daxili işlər naziri Ramil Usubov və nazir müavini - Daxili Qoşunların Komandanı Şahin Məmmədov hərbi hissənin yeməkxanasında bayram süfrəsində əsgərlə birlikdə nahar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.