ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qanlı cinayətdən söz açıb. 20 Yanvar hadisələrində əliyalın, günahsız insanların qətlə yetirildiyini, itkin düşdüyünü söyləyib. Qeyd edib ki, bu faciə təkcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət deyil, bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Vurğulanıb ki, 20 Yanvar faciəsini hər il anmaq bizim hər birimizin vətəndaşlıq borcudur.

Sonra institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva 20 Yanvar faciəsinin acı nəticələrindən danışıb, həmin günün Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri olduğunu söyləyib. Qeyd edib ki, həmin hadisələr vaxtı hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılıb, kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılıb, xalq informasiya almaq hüququndan məhrum edilib. Xalqımıza qarşı bu cür törədilən terror aktını, vəhşiliyi zaman-zaman bütün dünyaya çatdırmaq üçün gənclər nəinki ölkəmizdə onun hüdudlarından kənarda, yerli və xarici mətbuatda məqalələr dərc etdirməlidir ki, bu hadisəyə dünya ictimaiyyəti də öz qiymətini versin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.