SİYASƏT


“Dəniz kuboku - 2019” müsabiqəsində “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” yerinə yetirilib

Bakı, 13 avqust, AZƏRTAC 

“Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin heyətləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” çalışmasını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çalışmanın icrası zamanı dəniz hədəfi qismində xüsusi quraşdırılmış gəmi lövhəsi istifadə edilib.

Atışlar təxminən 3000 metr məsafədən artilleriya qurğularından yerinə yetirilib.

Beynəlxalq hakimlər briqadasının qərarına əsasən, Rusiya komandası 40 balla birinci, Azərbaycan 36 balla ikinci, Qazaxıstan 33 balla üçüncü, İran komandası isə 18 balla dördüncü yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.