Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Bakıda “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib VİDEO

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-də Moskvanın Patriot Parkında 37 ölkəni, o cümlədən ölkəmizi təmsil edən 275 komandanın qatıldığı VIII Beynəlxalq Ordu Oyunlarına start verildikdən sonra Bakı şəhərində həmin gün “Dəniz kuboku” müsabiqəsinin açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq müsabiqədə iştirak edən komandaların və ictimaiyyətin nümayəndələri əvvəlcə Hərbi Dəniz Qüvvələrinin qərargahı qarşısında ucaldılan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına qızılgüllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Xəzər dənizinin sahilində keçirilən təntənəli açılış mərasimi hərbi orkestrin ifa etdiyi “Azərbaycan fanfarası” ilə başlanıb.

Tədbirin ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani və aparıcılar - ikinci dərəcəli kapitan Mixail Sklyamin və Rəna Qurbanova mərasim iştirakçılarını salamlayaraq Xəzər dənizinin sahilində yenidən görüşdüklərindən məmnun olduqlarını bildiriblər.

Qeyd edilib ki, Xəzər dənizi xoşbəxtlik, səadət, gözəllik və həyat rəmzidir. Xəzər dənizi sahilində yaşayan bütün xalqlar üçün ümumi bir dəstərxandır. Dostluq, səmimiyyət, qarşılıqlı anlaşma, etimad və əməkdaşlıq dəstərxanı.

Aparıcıların söylədikləri “Qoy Xəzərimiz həmişə sülh, əmin-amanlıq içində sakit, rahat nəfəs alsın! Gəmilərimiz sahilləri xoş müjdələrlə sevindirsin, xalqlarımıza əmin-amanlıq, firavan günlər bəxş etsin! Xəzər məhəbbətimiz, sevgimiz heç vaxt tükənməsin!” fikirləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Beynəlxalq müsabiqənin hakimlər kollegiyasının üzvləri, eləcə də Rusiya Federasiyası, İran İslam Respublikası, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət bayraqları altında həmin ölkələri təmsil edən komandalar təntənəli mərasimə dəvət ediliblər.

Ənənəyə uyğun olaraq müsabiqəyə ev sahibliyi edən ölkənin – Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Xalid İbrahimov bayrağımızı qaldırıb.

Fəxri qarovul “Beynəlxalq Ordu Oyunları–2022” və “Dəniz kuboku” müsabiqəsinin bayraqlarını təntənəli mərasimə gətirib.

Beynəlxalq Ordu Oyunlarının himninin sədaları altında bayraqlar qaldırıldıqdan sonra Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov nazirliyin rəhbərliyi adından müsabiqə iştirakçılarını və qonaqları salamlayaraq deyib: “Azərbaycan Beynəlxalq Ordu Oyunları başladığı 2015-ci ildən heç də dünya olimpiadalarından seçilməyən bu yarışlarda fəal iştirak edərək müxtəlif növlər üzrə müsabiqələrdə həmişə fərqlənib.

Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan “Dəniz kuboku” artıq beşinci ildir ki, bizim gündən-günə gözəlləşən paytaxt Bakımızda təşkil olunur. Hər dəfə də çalışırıq ki, yarış iştirakçıları Odlar Yurdu Azərbaycandan xoş təəssüratlarla ayrılsınlar. Əminəm ki, bu il də qonaqlarımız respublikamızdan xoş təəssüratlarla öz doğma Vətənlərinə dönəcəklər”.

General-mayor E.Xəlilov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin: “Xəzəryanı ölkələr arasında mövcud olan dostluq, əməkdaşlıq münasibətləri Xəzərdə sülhün, təhlükəsizliyin qarantıdır” fikirlərini mərasim iştirakçılarına xatırladaraq diqqətə çatdırıb ki, Xəzəryanı dörd dövlətin Hərbi Dəniz Qüvvələri nümayəndələrinin bu gün Bakıda bir yerdə olması bir daha təsdiq edir ki, həqiqətən Xəzəryanı ölkələrin xalqları və orduları bu şərəfli missiyanı uğurla davam etdirirlər”.

Müdafiə Nazirliyinin rəsmisi müsabiqənin “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı”, “Dəniz hazırlığı” üzrə mərhələlərində 6 epizod üzrə keçiriləcək yarışlarda iştirakçılara uğurlar arzulayıb.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov çıxış edərək vurğulayıb ki, Azərbaycan Respublikası artıq dünyada həm də idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi möhtəşəm yarışların, dünya hərbçilərinin güləş, boks, futbol üzrə çempionatlarının bizim ölkəmizdə keçirilməsi bunu bir daha təsdiqləyir və bu ənənə bu gün də uğurla davam etdirilir. Bütün bunlar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında respublikamızın dünyada getdikcə artan nüfuzunun, siyasi, iqtisadi, mədəni, idman, eləcə də ordu quruculuğu sahəsində qazandığı uğurların nəticəsidir.

“Dəniz kuboku-2022” Beynəlxalq müsabiqəsinə xalqımızın və Ordumuzun böyük qələbə əhval-ruhiyyəsi ilə yaşadığı bir vaxtda start verilir. Bu, hər bir Azərbaycan əsgərini sevindirir.

Beynəlxalq Ordu Oyunlarını ölkələrimizin hərbi qulluqçuları arasında qarşılıqlı etimad mühitinin inkişafı, hərbi əməkdaşlığın möhkəmlənməsi, dostluq və rəqabət gücünün artırılması, döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, şəxsi heyətin qabaqcıl təcrübələrdən bəhrələnməsi, onlarda yüksək iradi keyfiyyətlərin aşılanması məqsədinə xidmət etdiyini vurğulayan kontr-admiral S.Bəkirov əmin olduğunu bildirib ki, bu yarışlar iştirakçı dövlətlərin hərbi qulluqçularında həmrəylik hissi oyatmaqla bərabər, həm də bütün iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaqdır. Onlar ölkəmizi daha yaxşı tanımaq, tarixi yerləri, abidələri ziyarət etmək, xalqımızın milli adət-ənənələri, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaq və günəşli Azərbaycanımızdan xoş təəssüratlarla, bir də bu yerlərə qayıtmaq arzusu ilə ayrılacaqlar.

Müsabiqə iştirakçılarını bir daha səmimi qəlbdən salamlayan, yarışlarda öz ölkəsini təmsil etmək şərəfinə nail olmuş bütün komanda üzvlərinə gərgin yarışlar zamanı yüksək nəticələr və uğurlar qazanmağı arzulayan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı alqışlar altında Beynəlxalq Ordu Oyunları çərçivəsində paytaxtımızda keçirilən “Dəniz Kuboku-2022” beynəlxalq müsabiqəsini açıq elan edib.

İştirakçı dövlətlərin nümayəndələri adından çıxış edən Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi kontr-admiral Tryabiçnikov Vladimir Aleksandroviç təntənəli mərasim iştirakçılarını salamlayaraq onlara yarışlarda müvəffəqiyyətlər arzulayıb və 5 ildir ki, Azərbaycanın ev sahibliyi etdiyi “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə və Hərbi Dəniz Qüvvələrinin komandanlığına minnətdarlığını bildirib.

2017, 2018, 2019, 2020-ci illərdə Azərbaycanda keçirilən “Dəniz kuboku” müsabiqələrinin xronikasını əks etdirən videosüjetlər nümayiş etdirilib.

Teatrlaşdırılmış konsert proqramında Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Nigar Şabanova, Fərid Əliyev, tanınmış ifaçılardan Vüqar Qarabağlı, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi və “Səma”, “Asiman” rəqs qruplarının təqdim etdiyi komandaların mənsub olduqları xalqların milli musiqi, mahnı və rəqsləri, videoçarxlar açılış mərasimi iştirakçılarının böyük marağına səbəb olub.

Bakıda “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO