SİYASƏT


Dənizçilərimiz “Təlim-məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunda qalib gəliblər VİDEO

Bakı, 6 avqust, AZƏRTAC 

“Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri “Gəminin dayanıqlılığı uğrunda mübarizə” üzrə yarışda “Təlim-məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekipajlar bu epizodda gəminin təhlükəsizliyinin təmin olunması, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər.

Beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələdə Azərbaycan 40 balla birinci, İran 34 balla ikinci, Qazaxıstan 31 balla üçüncü, Rusiya komandası isə 30 balla dördüncü yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.