DÜNYA


“Deutsche Bank” məsafədən çalışan əməkdaşlarından vergi tutulmasını istəyir

Bakı, 2 dekabr, AZƏRTAC 

“Deutsche Bank” məsafədən çalışan əməkdaşlardan yeni vergi tutulması təklifini irəli sürüb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bankın analitikləri vergini 5 faiz səviyyəsində təyin etməyi və toplanan vəsaiti evdə qalmaq imkanı olmayan işçiləri dəstəkləmək üçün istifadə etməyi məsləhət görürlər.

Bankın strateqi Lyuk Templman verginin onsuz da tətbiq edilməli olduğunu bildirib. Hazırkı vəziyyət evdən işləyənlərin xeyrinə cərəyan etdiyi halda, digər əməkdaşların gəlirləri və sağlamlığı üçün təhdid təşkil edir.

İqtisadçının sözlərinə görə, məsafədən çalışanlar iqtisadiyyata daha az mənfəət verir, amma daha çox fayda götürürlər.

O hesab edir ki, yeni vergidən faydanı, ilk növbədə, yoxsul işçilər almalıdırlar. Bu, Almaniyada 12,5 min avrodan az alan işçilərdir. Onlar üçün xüsusi qrantlar tətbiq etmək lazım gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.