ELM VƏ TƏHSİL


“Din araşdırmaları” jurnalının altıncı nömrəsinə məqalə qəbulu elan edilib

Bakı, 18 yanvar, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din araşdırmaları” jurnalının altıncı nömrəsinə məqalə qəbulu elan edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalələrinin “Din araşdırmaları” jurnalında dərc olunmasını arzulayanlar aprelin 30-dək müraciət edə bilərlər. Jurnala Azərbaycan, türk, rus, ingilis və ərəb dillərində hazırlanmış elmi məqalələr qəbul edilir. Məqalələr elektron qaydada redaksiyanın journal@ait.edu.az elektron ünvanına göndərilməlidir. Elmi nəşrdə dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq olunduğu məqalələrin qəbulu nəzərdə tutulub.

Qeyd edək ki, Aİİ-nin “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur. “Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

Ətraflı məlumatı (012) 510 65 45 (daxili: 156), (070) 250 05 27 əlaqə nömrələrindən əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.