CƏMİYYƏT


Din xadimləri Şuşada Yuxarı Gövhərağa məscidində namaz qılıblar

Şuşa, 11 iyul, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, səfər iştirakçıları Yuxarı Gövhərağa məscidini ziyarət edib, Sübh namazı qılıb, dualar oxuyublar.

Qeyd edək ki, səfərdə Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Rus Pravoslav kilsəsinin nümayəndələri və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvləri iştirak edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.