CƏMİYYƏT
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 31-də Balakəndə Zaqatala, Balakən və Qax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Balakən rayon Mədəniyyət Mərkəzində, saat 10:00-da keçiriləcək (ünvan: ünvan: Heydər Əliyev prospekti 42). Bu barədə AZƏRTAC-a komitədən məlumat verilib.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. DQİDK-nın bölgə şöbə müdiri vəzifəsini icra edən: İlqar Vəliyev.
Telefon: (050) 673-15-07; (02422) 5-32-23. -mail:[email protected], [email protected].