CƏMİYYƏT


Dini ekstremizm ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir

Bakı, 11 sentyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə “Dini ekstremizm - ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” adlı tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. O, belə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edib.

Vurğulanıb ki, Azərbaycanda vicdan azadlığı təmin edilir və bunu düzgün qiymətləndirmək lazımdır.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, respublikamızdakı tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul olunur. “Bakı Prosesi” haqqında məlumat verən sədr müavini bu platformanın mədəniyyətlər və dinlər arasında dialoq sahəsində daha konkret fəaliyyətlərə başlamaq məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürüldüyünü deyib. O, Azərbaycanda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışaraq bunu dövlətimizin dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib.

Respublikamızda ictimai-siyasi, dini sabitliyin mövcud olduğunu qeyd edən DQİDK-nın sədr müavini deyib ki, dini radikalizmdən istifadə etmək istəyən qüvvələr çalışırlar ki, müxtəlif dövlət qurumlarına nüfuz etsinlər. Lakin bu məsələdə hər kəs diqqətli olmalı və bu cür hallara imkan verməməlidir.

Sədr müavini ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi cərəyanlarla mübarizə aparıldığını, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün zəruri işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Səyavuş Heydərov DQİDK-nın sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filmi haqqında da məlumat verərək bildirib ki, bu film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs edilir.

Daha sonra tədbir iştirakçılarına “Şəhadət” filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.