İQTİSADİYYAT


Dizel yanacağı və avtomobil benzininin istehsalı artıb

Bakı, 18 fevral, AZƏRTAC

Yanvarda Azərbaycanda 203,1 min ton dizel yanacağı, 121,9 min ton avtomobil benzini, 23,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 55,2 min ton ağ neft, 12 min ton yanacaq mazutu, 4,1 min ton sürtkü yağları, 14,7 min ton neft bitumu və 20,8 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 272,6 milyon manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 21,3 faiz artıb.

Neft bitumunun istehsalı 2,5 dəfə, yanacaq mazutunun istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 2,2 dəfə, dizel yanacağının istehsalı 21,5 faiz, avtomobil benzininin istehsalı 15,3 faiz, ağ neftin istehsalı 12,7 faiz artıb.

Neft koksunun istehsalı 1,4 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 10,1 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.