SİYASƏT


Dmitri Peskov Rusiya, İran və Azərbaycan liderlərinin görüşünün təxirə salınmasının səbəbini açıqlayıb

Bakı, 13 avqust, AZƏRTAC

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov avqustun 13-də keçirilməsi nəzərdə tutulan Rusiya, İran və Azərbaycan liderlərinin görüşünün təxirə salınmasının səbəbini açıqlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, D.Peskov deyib: “Avqustun 13-də keçirilməsi planlaşdırılan Rusiya, İran və Azərbaycanın dövlət başçılarının görüşünün təxirə salınması prezidentlərin iş qrafiklərinin daha müfəssəl əlaqələndirilməsi və bu qrafiklərin sinxronlaşdırılması üçün uyğun vaxtın seçilməsi ilə əlaqədardır. Diplomatik kanallarla qrafiklərin bu cür sinxronlaşdırılmasından sonra biz yeni müddət haqqında məlumat verəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.